"Liverpul" Avropa Məhkəməsinin Avropa Superliqası və UEFA ilə bağlı Avropa Məhkəməsinin qərarı barədə bəyanat verib.
Bizim.Media xəbər verir ki, bu bardə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Avropa Məhkəməsinin dünənki qərarı "Liverpul"un Avropa Superliqası ilə bağlı mövqeyini dəyişmir:
"Bizim iştirakımız dayandırılıb. Biz Avropa Klublar Assosiasiyası vasitəsilə digər klublarla əlaqəmizi davam etdirir və UEFAnın yarışlarında iştirak edəcəyik".
Qeyd edək ki, 21 dekabr hüquqi instansiya FİFA və UEFAnın turnirin keçirilməsinə qoyulan qadağaları qanunsuz sayıb.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi.
Buray İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real", həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:29 / 23.12.2023
\"Liverpul\" Avropa Superliqası ilə bağlı qərarını AÇIQLADI
Hazırda oxunan: \"Liverpul\" Avropa Superliqası ilə bağlı qərarını AÇIQLADI
Hazırda oxunan: \"Liverpul\" Avropa Superliqası ilə bağlı qərarını AÇIQLADI
170341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.