Suares yenidən Messinin komanda yoldaşı oldu

Suares yenidən Messinin komanda yoldaşı oldu

Hazırda oxunan: Suares yenidən Messinin komanda yoldaşı oldu

170327

Braziliyanın "Qremio" klubundan ayrılan Luis Suares "İnter Mayami"yə keçidi rəsmiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə MLS təmsilçisinin saytı məlumat yayıb. 

Uruqvaylı hücumçu ilə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb. O, yeni klubunda 9 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 36 yaşlı futbolçunun sabiq klubu "Barselona"dakı keçmiş komanda yoldaşlarından bir neçəsi Amerika klubunda oynayır. Bunlar Lionel Messi, Jordi Alba və Serxio Busketsdir.

Xatırladaq ki, Suares son klubu "Qremio" ilə Braziliya A Seriyasında 33 oyuna çıxıb, 17 qol vurub və 11 qolun ötürməsini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO