“Naxçıvan” Universitetində “Zəfərdən-zəfərə!-20 il” mövzusunda elmi konfrans KEÇİRİLİB - FOTO

“Naxçıvan” Universitetində “Zəfərdən-zəfərə!-20 il” mövzusunda elmi konfrans KEÇİRİLİB - FOTO

Hazırda oxunan: “Naxçıvan” Universitetində “Zəfərdən-zəfərə!-20 il” mövzusunda elmi konfrans KEÇİRİLİB - FOTO

170317

Bu gün “Naxçıvan” Universitetində  “Zəfərdən-zəfərə!-20 il” mövzusunda elmi konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlər və tarixi qələbələrə dair məruzələr dinlənililb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayaraq deyib: “Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev İli” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. Məhz bu ildə Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi də çox xoş bir təsadüfdür. 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və şanlı illəri kimi xüsusi əhəmiyyət daşıyır”.

Anar Kazımov bildirib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib:

 “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə elmimizin, mədəniyyətimizin maddi-texniki bazası möhkəmləndi, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına diqqət artırıldı, Azərbaycan elminin, mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirildi”.

Daha sonra “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, dos. Ceyhun Mahmudov, Pedaqoji fakültənin dekanı, dos. Lalə Allahverdiyeva çıxış edərək bildiriblər ki, İlham Əliyev Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin siyasəti, Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 2020-ci il sentyabrın 27-də 30 illik Qarabağ həsrətinə cəmi 44 gün ərzində son qoyuldu. 

Gənclər adından çıxış edən, “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Bəşir Bəşirli qeyd edib ki, “Heydər Əliyev adına təqaüd almağım, öz fəaliyyətimdə ən böyük uğurum olub. Mən bu təqaüdə layiq görülməklə daha böyük məsuliyyət hissi qazanmış və özümü inkişaf etdirmək üçün fürsətlər əldə etmişəm. Prezidentimizin gənclərə olan diqqət və qayğısına bir daha əyani şəkildə şahid oldum. Bu təqaüd mənim üçün böyük bir qürurdur və bundan sonra da öz fəaliyyətimlə ölkəmə xidmət edəcəyimə söz verirəm”.

Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunan videoçarx nümayiş olunub.

Konfransın bədii hissəsində tələbələr tərəfindən Vətənə, qəhrəmanlığa, vətənpərvərliyə, Ulu Öndərə həsr olunan şeirlər oxunub, musiqilər səsləndirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO