“Sədərəy”in sahibinin ailəsi məhkəməyə məcburi GƏTİRİLƏCƏK 

“Sədərəy”in sahibinin ailəsi məhkəməyə məcburi GƏTİRİLƏCƏK 

Hazırda oxunan: “Sədərəy”in sahibinin ailəsi məhkəməyə məcburi GƏTİRİLƏCƏK 

170268

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən xüsusilə külli miqdar dəyərində oğurluq etməkdə ittiham olunan Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, baxılan iş üzrə müttəhim zərərçəkmiş şəxslərin evində xadimə işləyib. 

İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə, təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar daxildir. Lakin S.Cabbarova özünü qismən təqsirli bilir. O, iddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb. 
Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanın məbləğini çox şişiriblər.

Təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb ediblər. Müdafiə tərəfi vəsatətlərini onunla əsaslandırır ki, işlə bağlı qaranlıq qalan məsələlərə məhz zərərçəkmişlər şəxsən aydınlıq gətirməlidirlər. 

Artıq 1 ildir məhkəmə istintaqı davam edir, bu günə kimi zərərçəkmiş şəxslər proseslərdə iştirak etməyiblər. İlk iclasdan onları nümayəndələri təmsil edir. 

Qədimbəyli ailəsi hər dəfə müxtəlif səbəblər göstərərək hakim qarşısına çıxmaqdan yayınırlar. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti bu dəfə zərərçəkmiş ana və oğulun məhkəməyə məcburi gətirilməsi qərarı çıxarıb. Qərarın icrası polisə həvalə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO