İstanbuldan Lahora uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB  

İstanbuldan Lahora uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB  

Hazırda oxunan: İstanbuldan Lahora uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB  

170259

“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. 

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. 
Təyyarə saat 13:21-da Bakıdan İstanbula qalxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO