Eldar Mahmudovun generallarının həbs SƏBƏBLƏRİ - Yayılan intim videolar yoxsa “Tərtər cinayəti”

Eldar Mahmudovun generallarının həbs SƏBƏBLƏRİ - Yayılan intim videolar yoxsa “Tərtər cinayəti”

Hazırda oxunan: Eldar Mahmudovun generallarının həbs SƏBƏBLƏRİ - Yayılan intim videolar yoxsa “Tərtər cinayəti”

17019

Xəbər veridyimiz kimi keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlam Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər. Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib. 

Bəlkə də çoxlarına elə gəlirdi ki, keçmiş MTN məsələsi bağlanıb, həbs və malları müsadirə olunanlar olunub, bağışlanılanlar da bağışlanıb. 

Lakin 65 aydan sonra keçmiş MTN-nin yenidən iki yüksək rütbəli şəxslərinin bu cür anidən həbs olunması cəmiyyət içində rezonans yaratmağı bacarıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“MTN”in sabiq generalları HƏBS EDİLDİ – Rəsmi açıqlama


Son 10 gündə baş verən hadisələrə nəzər saldıqda bu həbslərin bəzi qaranlıq küncləri ortaya çıxır. İndi cəmiyyət bu iki şəxsin sadəcə keçmiş nazirlikdə etdikləri qanun pozuntularına görə deyil, Cəmil Həsənlinin qızının yayılan intim görüntülərində, “Tərtər cinayəti”ndə də əlləri olduqlarına inanır.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin fikrincə son zaman yayılan təxribat xarakterli hadisələr birbaşa dövlətə, hakimiyyətə zərər verir:

“Faktiki olaraq intim videoların yayılmasından sonra ictimaiyyət tərəfindən dövlətə qarşı müəyyən ittihamlar irəli sürüldü. Bundan başqa bu videolar  Azərbaycan hökümətinin ən ciddi tənqidçilərindən birinə tərəf yönləndirilmişdi. Ona görə də cəmiyyətlə hakimiyyət arasında müəyyən anlaşılmazlıq yarandı”.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri debatlardan birində səsləndirib.

Onun sözlərinə görə, Cəmil Həsənlinin qızının yayılan intim videoları dövlətə tərəf yönələn çirkin bir əməldir:

“Həm də bu videolar birbaşa hüquq mühafizə orqanlarına yönələn təxribatdır. Eldar Mahmudovun zamanında çəkilən 1500-2000 kasetdən söhbət gedirdi. Yenidən bu kasetlər ortaya çıxır. Qeyd edək ki, bu həbs olunanlardan biri Əks Kəşfiyyat idarəsinin, digəri isə İstintaq idarəsinin keçmiş rəhbərləri olub”. 

65 aydan sonra MTN işinin yenidən başladılamasının digər səbəbləri də ola bilər. Bununla bağlı Pənah Hüseynin fikri belədir:

“Onların “Tərtər cinayəti”nə görə həbs olunması da irəli sürülən fərziyələrdən biridir. Bir çox məsələlər dövlətin müstəqilliyinə təhdid xarakteri daşıyır”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO