Cəlilabadın Boyxanlı kəndində sürüşmə zonası hesab olunan təpədə iri torpaq layları yaşayış evlərinə doğru hərkət edib.
Bizim.Media xəbər verir ki, ərazidə əmələ gəlmiş iri çatlara yağış sularının dolması buradakı sürüşməni daha da aktivləşdirib. Nəticədə də sürüşmə zonasının mərkəzində nəhəng çökəklik əmələ gəlib.
Sürüşmə zonasının qarşısında yerləşən 10-a yaxın evdə artıq təhlükəli vəziyyət yaranıb.
Bəzi tiklilərin divarlarında iri çatlar da əmələ gəlib.
Ətraflı süjetdə:
Bizim.Media