“Qarşıdan gələn Yeni il münasibətilə ən çox sevinən uşaqlar olur. Hazırda onlar üçün satış mərkəzlərində və marketlərdə rəngarəng, bəzəkli qablaşdırmada müxtəlif növ bayram məhsulları satılır ki, onların əksəriyyəti təhlükəlidir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
“Övladlarımızın sağlamlığını düşünürüksə…”
Müsahibimiz vurğulayıb ki, bu hədiyyələr əslində övladlarımız üçün sevincə deyil, böyük bir təhlükə mənbəyinə çevrilə bilər:
“Biz illərdir ki, bu barədə həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara məlumat veririk, ancaq şirkətlər öz bildiklərini edir, məhsullarını düzgün qablaşdırmırlar. Həmin qutuların içindəki məhsulların vaxtı bitdiyi üçün istifadəsi orqanizm üçün təhlükəlidir.
Əgər biz bir valideyn kimi övladlarımızın sağlamlığını düşünürüksə, o zaman belə hədiyyələri almaq əvəzinə özümüş alış-veriş edək, hədiyyə üçün məhsulları seçək, sonra isə bəzəkli qutulara yerləşdirərək onlara hədiyyə edək”.
“Kimyəvi maddələrdən hazırlanmış oyuncaqlar”
M.Hüseynova, valideynlərə alış-veriş edərkən bəzi amillərdə diqqətli olmağı tövsiyyə etdi:
“Belə ki, qutunun üzərində və içində hansı məhsulların olacağı, onların tərkibi və hər biri haqqında məlumatlar tam əks olmalıdır. Ancaq hazırda satışda olan bayram məhsullarının əksəriyyətində belə məlumatlar yerləşdirilmir. Bəzilərində isə siyahı əsasında qutuya qoyulan məhsulların adı göstərilsə də, istehsal və son istifadə tarixləri göstərilmir”.
Onun sözlərinə görə, bri çox hallarda açıq qida məhsullarının yanında hər hansısa bir plastikdən və ya kimyəvi maddələrdən hazırlanmış oyuncaqlar qoyulur:
“Əgər qutunun içində mal qonşuluğuna və temperatur rejiminə düzgün əməl olunmasa, kimyəvi elementlər həmin qidaların tərkibinə çökür və yararsız vəziyyətə salır. Elə kimyəvi məhsullar da var ki, başqaları ilə reaksiyaya girdikdə xərçəng yaradan digər maddələri əmələ gətirir və birbaşa qidaya keçir. Nəticədə daha ciddi fəsadlara səbəb olur. Həmin qidanı qəbul edən uşaqlarda da ağır xəstəliklər yarada bilir”.
Müsahibimiz qeyd edib ki, bunlar da özünü dərhal deyil, müəyyən dövrdən sonra göstərməyə başlayır:
“Bu zaman da xəstəliyin hansı məhsuldan qaynaqlandığı bəlli olmur. Ona görə ki, bu gün bəzi qida məhsullarının tərkibinə rəf dövrünü tez başa vurmaması və xarab olmaması üçün bəzi qatqılar vurulur. Bəzi hallarda isə uşaqlara belə məhsullardan çox verdikdə, onlar normal yeməkləri qəbul etmirlər və yalnız bununla qidalanmağa başlayırlar.
Çünki uşaqlar bu qidanları acqarına qəbul edirlər. Bu zaman orqanizmlərindəki maddələr mübadiləsi həmin kimyəvi elementlərə qarşı allergik reaksiya ya zəhərlənmələr yarada bilər. Buna görə də mütləq şəkildə uşaqların qidalanmasına diqqət yetirilməli, onların belə məhsulları acqarına və ya heç bir qida qəbul etmədən yeməsinə imkan verilməməlidir.
Onu da nəzərə alaq ki, orqanizm gün ərzində bir neçə qida qəbul edə bilir. Yaxşı olardı ki, yüksək risk qrupuna aid olduğu üçün uşaqların hər bir qidasına xüsusi həssaslıq göstərmək və onları rəf ömrü uzun olan məhsullardan uzaq tutmaq lazımdır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 22.12.2023
Yeni il hədiyyələrinin təhlükələri ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
Hazırda oxunan: Yeni il hədiyyələrinin təhlükələri ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
Hazırda oxunan: Yeni il hədiyyələrinin təhlükələri ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
170107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.