İsmayıllıda oğul atasını BIÇAQLADI 

İsmayıllıda oğul atasını BIÇAQLADI 

Hazırda oxunan: İsmayıllıda oğul atasını BIÇAQLADI 

170067

İsmayıllıda ailə-məişət zəminində oğul atasını bıçaqlayıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 29 yaşlı İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatda oğlun hadisəni törədən zaman sərxoş olduğu bildirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO