Azərbaycanda indiyə qədər 5700 Türkiyə şirkəti yaradılıb

Azərbaycanda indiyə qədər 5700 Türkiyə şirkəti yaradılıb

Hazırda oxunan: Azərbaycanda indiyə qədər 5700 Türkiyə şirkəti yaradılıb

170053

İndiyə qədər Türkiyə əsilli iş adamları Azərbaycanda təxminən 5 700, Azərbaycan əsilli iş adamları isə Türkiyədə 2800 şirkət yaradıb. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. 

"Ölkəmizdəki Azərbaycan şirkətləri emal, inşaat, təhsil, daşınmaz əmlak, səhiyyə, topdan və pərakəndə ticarət, logistika və mədənçilik kimi çox çeşidli sahələrdə fəaliyyət göstərir", - deyə o qeyd edib. 
Bundan başqa, nazir deyib ki, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 470 618, 2022-ci ildə 683 834 turist gəlib: "2023-cü ilin 10 ayına isə bu rəqəm 717 265 olub". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO