Psixiatriya Xəstəxanasının şöbə müdirinə hökm oxundu - FOTO 

Psixiatriya Xəstəxanasının şöbə müdirinə hökm oxundu - FOTO 

Hazırda oxunan: Psixiatriya Xəstəxanasının şöbə müdirinə hökm oxundu - FOTO 

169943

Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdə qeyd olunub ki, o, səhiyyə sahəsində 2 il rəhbər vəzifə tutmaq huququndan da məhrum olunur. 

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib. 
Təqsirləndirilən Hüseyn Seyidov məhkəmədə xəstə yaxınları tərəfindən ona hörmət əlaməti olaraq pul verildiyini və verilən pulu baş həkimlə böldüyünü deyib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO