“Son prezident seçkilərində iştirakçıların hüquqlarının qorunmaması və qanun pozuntusu ilə bağlı prokurorluq orqanlarına məlumat daxil olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən müşavirədə deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərin adı seçici siyahısından ÇIXARILDI
O, seçkilərlə bağlı bu kimi müraciətlərin sıfıra endiyini bildirib:
"2009-cu ildə keçirilən bələdiyyə seçkilərində bir sıra müraciətlər daxil olsa da, bunlar mətbuatda da yer almışdı, sonrakı bələdiyyə seçkilərində isə bu hallar xeyli sayda azalıb".
Günay Şahmar, Bizim.Media