“Dairə və məntəqə seçki komissiyalarının mühafizəsi üçün qüvvələr ayrılıb”.
Bizim.Media xəbər verir ki, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev bu gün dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərin adı seçici siyahısından ÇIXARILDI
O bildirib ki, qanun pozuntusunun yoxlanması ila bağlı xüsusi qrup yaradılıb:
"Təşviqat materiallarının korlanması və yayılmasının qarşısının alınması daim diqqətdədir. Polis əməkdaşı məntəqəni 100 metr məsafədən müşahidə edir və o məntəqə sədrinin çağırışı ilə məntəqəyə daxil olur. Bunlarla bağlı bütün əməkdaşlar təlimatlanıb".
Nazir müavini səsvermə başa çatdıqdan sonra qutuların daşınmasının polis naryadlarının müşahidəsi ilə həyata keçiriləcəyini vurğulayıb.
Günay Şahmar, Bizim.Media