"Blogerlik anlayışı qanunvericiliyə daxil edilməlidir" - Bahar Muradova 

Hazırda oxunan: "Blogerlik anlayışı qanunvericiliyə daxil edilməlidir" - Bahar Muradova 

169875

"Blogerlik anlayışı qanunvericiliyə daxil edilməlidir. Bu sahədə hüquqi çərçivə müəyyən edilməyincə imkanlar da aydın olmayacaq". 

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna həsr olunmuş II Ümumrespublika Bloger müsabiqəsinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib. 

O bildirib ki, blogerlik anlayışının qanunvericiliyə daxil edilməsi istiqamətində müzakirələr aparılmalıdır. 

“Hesab edirəm ki, bizim tərəfimizdən işlək mexanizmlərdən biri də blogerlik fəaliyyətidir. Yaxşı fəaliyyət istiqamətlərinin yaranması üçün siz qəbul olunmalısınız. Adınız qanunvericiliyə daxil edilməlidir ki, hədəfinizi biləsiniz və o istiqamətdə gündəlik stereotiplərə qarşı mübarizə aparasınız. Siz mübarizliyinizi, cəmiyyətə töhfə vermək istəyinizi ortaya qoymusunuz”, - deyə B.Muradova qeyd edib. 
Komitə sədri hesab edir ki, blogerlər arasında da ixtisaslaşma olmalıdır. Onlar ixtisaslaşa və koordinasiyalı şəkildə fəaliyyət göstərə bilərlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO