Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.
İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manatdan çoxdur.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:06 / 20.12.2023
1 milyonluq mənimsəmədə ittiham olunan sabiq rəis və işçiləri məsuliyyətə CƏLB EDİLDİ
Hazırda oxunan: 1 milyonluq mənimsəmədə ittiham olunan sabiq rəis və işçiləri məsuliyyətə CƏLB EDİLDİ
Hazırda oxunan: 1 milyonluq mənimsəmədə ittiham olunan sabiq rəis və işçiləri məsuliyyətə CƏLB EDİLDİ
169845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.