Qənaətcillik, güzəştlər, YOXSA… – Elektromobillərə marağın artmasının SƏBƏBLƏRİ

Qənaətcillik, güzəştlər, YOXSA… – Elektromobillərə marağın artmasının SƏBƏBLƏRİ

Hazırda oxunan: Qənaətcillik, güzəştlər, YOXSA… – Elektromobillərə marağın artmasının SƏBƏBLƏRİ

169781

Bu ilin 10 ayı ərzində Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı 20 dəfəyə qədər artıb. Bu cür artımın əsas səbəblərindən biri də gömrük və vergi güzəştlərinin tətbiq olunmasıdır. Belə ki, ötən ildən etibarən yaşı üç ildən az olan elektromobillər gömrük-idxal rüsumundan azad edilib. Bundan əlavə, 2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillər ƏDV-dən də azad olunub. Lakin bu tip maşınların qiyməti əhalinin əksəriyyəti üçün hələ də bahadır. Bunun əsas səbəblərindən biri isə güzəştlərin istehsal ili yeni olan avtomobillərə şamil olunmasıdır. Digər tərəfdən, istehsal ili daha köhnə olan elektromobillərə tələbatın daha çox olması, üstəlik güzəştlərin onlara tətbiq olunmaması isə qiymətlərin əhalinin əksəriyyəti üçün əlverişsiz olmasına səbəb olur.

Bəs, qiymətlərin yüksək olması daha hansı səbəblərlə bağlıdır?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran nəqliyyat sektoru üzrə mütəxəssis Aslan Əsədov, belə vasitələrin idxalının artımını müsbət hal kimi dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hibrit avtomobillər istehsalı gözlənilirmi? – RƏSMİ AÇIQLAMA


Avtomobil parkında yaşı 15-dən yuxarı avtomobillərin sayının kifayət qədər çox olduğunu söyləyən ekspert düşünür ki, idxalın artması parkın yenilənməsinə də öz təsirini göstərəcək:

“Ona görə ki, daha çevik və ekoloji cəhətdən təmiz vasitələridir və buna görə də “ekologiyanın dostu” adını alıb. Ölkənin parkına nəzər salsaq, təxminən 30 faizdən çoxunun elektromobilləşdiyini və hibridləşdiyini görərik. Çeviklik, mobillik, müasirliyi və yenilikçi dinamikası bu avtomobillərin əsas xüsusiyyətləridir. Bu baxımdan da ölkəmizdə elektromobillərin çox olması məntiqə uyğundur”.

Müsahibimiz elektromobillərin qiymətinə bir neçə amilik təsir etdiyini diqqətə çatdırıb:

“Birincisi, işbazlarla bağlıdır. Onlar tələbatın artdığını, satışların da yüksək olduğunu görür və belə düşünürlər ki, hansı qiymət təklif olunsa da vətəndaş elektromobilləri alacaq. Buna görə də istədikləri qiymətə satırlar.

İkincisi isə, ölkəyə gətirilən nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlıdır. Sonuncu amil isə odur ki, bu sahədə bəzi vergilərdən və ƏDV-dən azad olunmalar qiymətə təsir edəcək həddə deyil. Təsir etsə belə, faiz nisbətinə görə çox aşağıdır”. “Güzəştlər olarsa…”

Onun sözlərinə görə, qiymət siyasətinin tənzimlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var:

“Ona görə ki, belə dəstək olmadan hansısa bir addım atmaq öz bəhrəsini verməyib. Əgər güzəştlər tətbiq olunarsa, bu sahədə vəziyyəti tənzimləmək mümkün olacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO