Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Hazırda oxunan: Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

169708

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanada müalicəsi başa çatıb.

Bizim.Media xəbər verir ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb. 

Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə buraxılacağı bildirilib. 
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik yoxdur. 

Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdü. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO