Qubalı fermer şimal bölgəsinə yağan qarın xeyirindən danışdı

Qubalı fermer şimal bölgəsinə yağan qarın xeyirindən danışdı

Hazırda oxunan: Qubalı fermer şimal bölgəsinə yağan qarın xeyirindən danışdı

169705

"Son 2 gündə şimal bölgəsinə yağan qar təbiət üçün çox xeyirlidir. İlk əvvəl bu, su mənbəyimizdir. Dağlara yağıb donan qış qarı yazda əriyəndə təbiətə bir məlhəmdir".

Bu fikirləri Bizim.Media-ya  ilk qarın xeyirindən danışan qubalı fermer İldırım Məmmədov deyib.

Onun sözlərinə görə, qışda yağıntı nə qədər çox olsa, təbiət üçün bir o qədər də xeyirlidir:

"Qarın hazırda yağması  payızda əkilən taxıla hücum edən zərərvericilərin məhvi deməkdir, ziyanverici həşəratlar quraqlıq olanda taxılın cücərməsinə əngəl törədir, məhsul yaxşı bəhrə vermir".

İldırım Məmmədov vurğulayıb ki, əlaqədar qurumlar qış qarının yazda törədəcəyi sellərə qarşı həmişə vaxtında tədbir görməlidir:

"Yəni bəndləri, su hövzələrini hazır  saxlamalıdırlar ki, təbiətin hər an, xüsusən yaz-yay aylarındakı sürprizlərinə dözümlü olsunlar.

Qarlı havanın təbiətə, iqlimə müsbət təsirini digər kənd təsərrüfatı mütəxəssisləri də səmərəli olduğunu dedilər. Hesab edilir ki, dünyanın mübarizə apardığı qlobal istiləşmə getdiyi bir vaxtda göydən düşən az miqdarda olsa belə yağıntıya şükür eləmək lazımdır".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO