Sumqayıtda “tok” vuran yeniyetmə 9-cu dəfə əməliyyat OLUNACAQ – Ailəsindən AÇIQLAMA 

Sumqayıtda “tok” vuran yeniyetmə 9-cu dəfə əməliyyat OLUNACAQ – Ailəsindən AÇIQLAMA 

Hazırda oxunan: Sumqayıtda “tok” vuran yeniyetmə 9-cu dəfə əməliyyat OLUNACAQ – Ailəsindən AÇIQLAMA 

169692

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev sabah müalicə aldığı xəstəxanadan müvəqqəti olaraq evə buraxılacaq. 

Bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev evə 10 günlük buraxılır, daha sonra yenə əməliyyata alınacaq:
 

MÖVZU İLƏ BAĞLI:

13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 


“İki aydır Aslan xəstəxanadadır. 8 dəfə əməliyyat olunub. Hələ tam bərpa olunmayıb. Yanıq aldığı yerlər o qədər dərindir ki, bədəninin digər nahiyələrindən kəsib, yaralarını sağaltmağa çalışırlar. Uşaq çox əziyyət çəkir. Boyundan aldığı yanıq xəsarətləri sümüyünə qədər işləyib. Ağrılardan və əməliyyatlardan təngə gəlib. Yaddaş pozğunluğundan əziyyət çəkir”. 

Qərənfil Əliyeva baş verən dəhşətli hadisədən sonra heç bir dövlət qurumunun, xüsusilə “Azərişıq” əməkdaşlarının uşağa baş çəkməməsindən, səhhəti ilə maraqlanmamasından da gileylənib:

“Bu iki ayda uşağın səhhəti ilə maraqlanan olmadı. Üstəlik “Azərişıq” günahı uşağın üstünə yıxdı. Halbuki, özlərinin səhlənkarlığı və səhvi ucbatından balam şikəst qaldı. Guya iki aydır araşdırma gedir. Bildiyim qədər işi də bağlayıblar”.

Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub. 
Yeniyetmə iki aydır “Baku Medical Plaza”da müalicəsini davam etdirir.  Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.

Onu da bildirək ki, məsələ ilə bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyyətə hələki açıqlama verilməyib. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO