Səhiyyə Nazirliyi təsdiqlədi – Rəmiş koronavirusdan dünyasını dəyişib - ÖZƏL

Səhiyyə Nazirliyi təsdiqlədi – Rəmiş koronavirusdan dünyasını dəyişib - ÖZƏL

Hazırda oxunan: Səhiyyə Nazirliyi təsdiqlədi – Rəmiş koronavirusdan dünyasını dəyişib - ÖZƏL

16964

Ötən gün dünyasını dəyişən Rafiq Hüseynovun (Rəmiş) koronavirus xəstəsi olması ilə bağlı məlumatlar səngimək bilmir. Sənətkarın həyat yoldaşı Gülü Hüseynova mətbuata açıqlamasında Rafiq Hüseynovun koronavirus xəstəsi olmadığını iddia edib. 

Bizim.Media məsələni dəqiqləşdirmək üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəmiş koronadan vəfat edib? - TƏBİB-dən cavab gözlənilir


TƏBİB rəsmisi Elnarə Baxış bu barədə məlumatsız olduğunu və Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə yaratmağımızı istəyib. Bakı Sağlamlıq Mərkəzi ilə isə əlaqə yaratmaq mümkün olmayıb. 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev saytımıza açıqlamasında Rafiq Hüseynovun koronavirusdan dünyasını dəyişməsi xəbərini təsdiqləyib:

“Bakı Sağlamlıq Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib”, deyə Nazirlik rəsmisi qeyd edib. 

Xatırladaq ki, uzun müddətdir müalicə alan xalq artisti, gitara ustası Rafiq Hüseynov (Rəmiş) ötən gün Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO