Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.
Bizim.Media