BİZİM TƏQVİM: 19 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 19 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 dekabrda baş vermiş tarixi hadisələr

169604

19 dekabr 1993-cü ildə Fransa Prezidentini Fransua Mitteranın dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyev bu ölkəyə səfər edib. Bu müstəqil Azərbaycanın prezidentinin Fransaya ilk səfəri kimi tarixə düşüb.

Bəs, 19 dekabrda daha hansı əlamətdar hadisələr olub? 

1. 19 dekabr 1793-cü ildə Fransa höküməti pulsuz və icbari təhsil haqqında qərar verib. 

2. 1941-ci ilin bu günündə Hitler alman ordusunun komandanlığını ələ alıb.

3. 19 dekabr 1984-cü ildə Çin və Böyük Britaniya Honq Konqun Çinə qaytarılmasına dair müqavilə imzalayıb.

4. 2003-cü iin 19 dekabrında Liviya lideri Müəmmər əl-Qəddafi ölkəsinin nüvə və kimyəvi silah əldə etmək məqsədindən əl çəkdiyini bəyan edib.

5. 19 dekabr 2008-ci ildə İğdırda “Ermənilər türklərdən üzr istəsin” adlı internet kampaniyası başlayıb.

6. 1957-ci ilin 19 dekabr tarixindә NATO-nun Parisdә keçirilәn zirvә görüşündә SSRİ-nin artan tәhdidlәrinә qarşı ABŞ-a Avropa ölkәlәrinә nüvә raketlәrin yerlәşdirmәsinә icazә verildi. Bu qәrarla ABŞ  başda Almaniya olmaqla Avropa ölkәlәrindә hәrbi bazalar qurmağa başladı.

7. 1987-ci ilin 19 dekabr tarixindә Bolqarıstandan qaçaraq Türkiyәyә pәnah gәtirәn Naim Süleymanoğlu Beynәlxalq Ağır Atletika üzrә Turnirdә Türkiyәni tәmsil etdi. Süleymanoğlu turnirdә özünә aid olan dünya rekordlarını yenilәdi.

8. 1992-ci ilin 19 dekabr tarixindә ABŞ-ın da aralarında olduğu 24 ölkә Somalidә artan toqquşmalara müdaxilә etmәk üçün ‘‘Ümid’’ adlı әmәliyyata start verib. Türkiyәnin ilk olaraq siyasi daha sonra isә hәrbi mәnada dәstәk verdiyi әmәliyyat  nәticәsindә 17 ABŞ hәrbçisi hәlak olub, 77-si dә xәsarәt alıb. Әmәliyyat zamanı ABŞ-ın bir әsgәri dә girovluğa düşüb. Bu hadisәdәn sonra  Amerika Birlәşmiş Ştatları prezidenti Klinton Amerika hәrbçilәrinin Somalidәn çıxacağını açıqladı.

Bəs, bu gün hansı məşhurlar anadan olub?

1. 19 dekabr 1906-cı ildə Leonid Brejnyev anadan olub. O 1964-1982-ci illərdə SSRİ-yə rəhbərlik edib.

2. Azərbaycanın görkəmli rəssamı  Mikayıl Abdullayev 1921-ci ilin bu günündə anadan olub.

3. 19 dekabr 1950-ci ildə Xalq artisti Gülşən Qurbanova anadan olub.

4. Tanınmış bəstəkar Fərəc Qarayev 1943-cü ilin 19 dekabrında dünyaya göz açıb.

5. 19 dekabr 1969-cu ildə Azərbaycan müğənnisi və bəstəkarı Əzizə Mustafazadə anadan olub. O məşhur caz ustası Vaqif Mustafazadənin qızıdır.

6. 1987-ci ilin bu günüdə əlcazir əsilli Fransa futbolçusu Kərim Benzema anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO