Evdə saxladığımız it və pişiklərə niyə xarici ad VERİRİK? – Maraqlı İZAH 

Evdə saxladığımız it və pişiklərə niyə xarici ad VERİRİK? – Maraqlı İZAH 

Hazırda oxunan: Evdə saxladığımız it və pişiklərə niyə xarici ad VERİRİK? – Maraqlı İZAH 

169572

Son zamanlar ev heyvanlarına diqqət artıb. Əvvəllər daha çox at və it saxlamaq adət idisə, indi bu sıraya pişik, meymun, siçovul və digər heyvanlar da əlavə edilib.

Paytaxt küçələrində it və pişiyini gəzdirən xeyli sayda insana rast gəlmək mümkündür. Lakin saxlanılan bu heyvanların əksəriyyətinə bizə ədəbiyyatımızdan və keçmişimizdən tanış olan adlar verilməyib. İnsanın sadiq dostu, ev yoldaşı olan heyvanlara nədənsə xarici adlar, Tom, Panço, Reks, Minnak, Terri, Şapşik kimi adlar verilir. Hətta bəzən heyvanları yad dildə oxşayanlara da rast gəlinir. Bu da yanımızda saxladığımız heyvanlara ögey münasibəti göstərir. 

Maraqlıdır, bu vərdiş nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yazıçı, deputat Aqil Abbas bunu həmin heyvanların xarici ölkələrdən gətirilməsi ilə izah edib:

“Biz itlərə Alabaş, Toplan deyirdik. Amma xaricdən gətirilən itlər alabaş deyil. Onların cinsi fərqlidir. Ümumiyyətlə it və pişik saxlamamışam deyə, konkret nəsə deyə bilmirəm”.

Mövzu barədə fikirlərini bizimlə bölüşən kulturoloq Vüsalə Məmmədzadə bunun inteqrasiyadan qaynaqlandığını deyib. Onun sözlərinə görə, insanlar öz heyvanlarına məşhur insanların adlarını verirlər:

“Kommunikasiya texniki baxımdan çox inikşaf edib. İnsanlar gözlərini açır, Avropa, Amerika və dünya ulduzlarının həyatını, filmlərini görürlər. Əsasən də heyvanların adlarını oradan götürürlər. Bu dəqiqə dünya ovcumuzun içindədir. Daha çox dünya ulduzlarının, fenomenlərin öz itinə, pişiyinə verdikləri adı verirlər. Nəinki itə, pişiyə əcnəbi ad verməyimiz, danışığımızda, dialektimzidə nə qədər yabancı dillərə məxsus sözlərdən istifadə edirlər. Problem ümumi məişət mədəniyyətində də var”.

O, türklərin ta qədimdən heyvanlara müsbət münasibətinin olduğunu vurğulayıb:

“Qədim türklər ilk dəfə ata minmək vərdişinə yiyələnmək üçün uşaqları qoyuna mindirirmişlər, sonra yavaş-yavaş at çapmağa öyrəşdiriblər. Yəni heyvanlara münasibət qədim mədəniyyətimizin kökündədir. Polo oyununu avropalılar bizdən götürüblər. Çövkən oyununun özü polo oyunudur. Təəssüf ki, bir müddət bizdə heyvanlara sevgi əvvəlki kimi olmadı. Son dövrdə isə pişiyə, itə olan sevgi, bəlkə də insanlara olan sevgidən qat-qat çoxdur. Əslində, bu, yaxşıdır, insanın beynində, şüurunda mərhəmət hissləri oyadır”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO