Dekabrın 22-si Azərbaycanda ən qısa gündüz OLACAQ 

Dekabrın 22-si Azərbaycanda ən qısa gündüz OLACAQ 

Hazırda oxunan: Dekabrın 22-si Azərbaycanda ən qısa gündüz OLACAQ 

169566

2023-cü ildə qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-si saat 07:27:19-a təsadüf edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib. 

Qış günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. 

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. 
Önümüzdəki qış fəslin uzunluğu 88 gün 23 saat 38 dəqiqə 02 saniyə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO