Azərbaycanda bu partiyanın adı DƏYİŞDİRİLİR 

Azərbaycanda bu partiyanın adı DƏYİŞDİRİLİR 

Hazırda oxunan: Azərbaycanda bu partiyanın adı DƏYİŞDİRİLİR 

169546

Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) adı dəyişdiriləcək. 

Bizim.Media xəbər verir ki, qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. 

BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. 
Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb.

Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.

Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq. 

Qeyd edək ki, BAXCP Qüdrət Həsənquliyevin sədrliyi ilə 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO