2026-cı ilə qədər peşə təmayüllü siniflərin sayı ARTACAQ – Layihə rəhbəri - FOTO

2026-cı ilə qədər peşə təmayüllü siniflərin sayı ARTACAQ – Layihə rəhbəri - FOTO

Hazırda oxunan: 2026-cı ilə qədər peşə təmayüllü siniflərin sayı ARTACAQ – Layihə rəhbəri - FOTO

169524

“2023-2024-cü tədris ilində ölkə üzrə 196 peşə təmayüllü məktəb 232 sinfi və 4178 şagirdi əhatə edir”. 

Bizim.Media xəbər verir ki, bunu Peşə Təmayüllü Siniflər layihəsinin rəhbəri Xanım Şabanova "llkin bacarıqlardan davamlı inkişafa" adlı hesabat tədbirində deyib.

“Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət etmək lazımdır. 

Peşə təmayüllü siniflərə keçid, bu siniflərdə təhsil almaq tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə mebel-quraşdırma, dülgər, çilingər, kombi-kondisioner, help-desk, qrafik dizayner, kompüter operatoru, aşpaz, qənnadçı, dərzi, bərbər, aqronom ixtisasları tədris olunur.
Ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb” - deyə Xanım Şabanova bildirib.






Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO