BİZİM TƏQVİM: 18 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 18 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 dekabrda baş vermiş tarixi hadisələr

169478

1412-ci ildə Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib.

Bəs, dekabrın 18-də dünyada daha nələr olub?

1. 18 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ-da quldarlığa rəsmi olaraq son qoyuldu. Köləliyə icazə verən bütün nizamlamalar federal qanunlardan çıxarıldı.

2. 18 dekabr 1917-ci ildə Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.

3. 1940-ci ilin 18 dekabrında Hitler SSRİ-yə hücum barədə “Barbaros planı”nı təsdiq edir.

4. 18 dekabr 1946-cı ildə Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.

5. 1953-cü ilin bu günündə dünyada ilk rəngli televiziya yayımı həyata keçirilir.

6. 18 dekabr 1956-cı ildə Yaponiya BMT-yə üzv olub.

7. 18 dekabr 1954-cü ildə Kiprdə Yunanıstana birləşmə (ENOSİS) tərəfdarlarının Türkiyə və İngiltərə əleyhinə nümayişlərinə ingilis əsgərləri müdaxilə etdi. Hadisə nəticəsində 2 nəfər yaralandı, 22 nümayişçi saxlanıldı.

8. 18 dekabr 1969-cu ildə ABŞ-ın 6-cı donanması Türkiyəyə gəldi. İzmir limanı sahillərində lövbər salan donanmaya qarşı etiraz nümayişlərinə başlandı, quruya çıxan ABŞ əsgərləri nümayişçilər tərəfindən döyüldü.

9. 18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

10. 18 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni təhlükəsizlik strategiyasını bəyan etdi. ABŞ, Çin və Rusiyanı rəqib, İran və Şimali Koreyanı isə düşmən olaraq xarakterizə etdi.

Dekabrın 18-də bu şəxsiyyətlər xatırlanır:

1. 18 dekabr 1878-cı ildə SSRİ lideri İosif Stalin dünyaya gəlib.

2. 18 dekabr 1921-ci ildə SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

3. 18 dekabr 1928-ci ildə tanınmış xanəndə Qulu Əsgərov (1928 – 11.6.1987) dünyaya gəlib. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

4. 18 dekabr 1930-cu ildə tarix elmləri doktoru, professor Süleyman Əliyarlı (1930 – 16.1.2014)  anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

5. 18 dekabr 1934-cü ildə şair, dramaturq, publisist Teyyub Qurban (1934–2018) anadan olub.

6. 18 dekabr 1954-cü ildə tanınmış teatrşünas, rejissor Şaiq Səfərov (1954 – 27.1.2022) anadan olub. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib, xaricdə teatr forumlarında ölkəmizi təmsil edib. 

7. 18 dekabr 1957-ci ildə yazıçı, dramaturq, şair, Əməkdar incəsənət xadimi Əyyub Abbasov (1905–1957) vəfat edib. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO