Nazirlikdən küləyin güclənəcəyi ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Nazirlikdən küləyin güclənəcəyi ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Hazırda oxunan: Nazirlikdən küləyin güclənəcəyi ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

169417

Ölkə ərazisində hava şəraitinin sərtləşəcəyi, xüsusən güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında şimal küləyinin, rayonlarda qərb küləyinin güclü olması ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya bildirib ki, bu səbəbdən daha ehtiyatlı davranmaq tövsiyə olunur:

“Hava məlumatlarını diqqətlə izləyin, gün ərzində küləyin güclənəcəyi proqnozunu unutmayın. Bir daha xatırladırıq ki, uşaqları nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın. Tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmamaq məsləhətdir. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO