Şəkinin bu məktəbində pilot layihə həyata keçirildi - FOTO

Şəkinin bu məktəbində pilot layihə həyata keçirildi - FOTO

Hazırda oxunan: Şəkinin bu məktəbində pilot layihə həyata keçirildi - FOTO

169394

Elm və Təhsil Nazirliyi artıq bir neçə ildir ki, orta məktəblərdə şagirdlərdə peşələrə maraq yaratmaq məqsədi ilə yeni layihə həyata keçirir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, pilot layihələrdən biri də Şəki şəhər 12 nömrəli məktəbdə icra olunur. Layihənin növbəti mərhələsində peşə təmayüllü sinif şagirdlərinin praktiki imtahanı keçirilib. Aşbaz qrupu qarşıdan gələn Yeni il münasibəti ilə özəl işlərini təqdim edib. 

Komissiya sədri, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə və digər komissiya üzvləri şagirdlərin əl işlərini yüksək qiymətləndirib. 
Gələcəkdə peşə yönümlü ixtisaslarını davam etdirmələri üçün şagirdlərə müəllimləri ilə birlikdə fəaliyyətlərini davam etdirmələri tövsiyyə edilib.  

Şagirdlər məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.  



Tural Rasim oğlu, Bizim.Media, Şima-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO