Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Günəşli kənd 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri ilə "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib.
Bizim.Media xəbər verir ki, çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün həyata keçirilən tədbirlər haqqından məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Şöbə rəisi narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması vacibdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:53 / 17.12.2023
Cəlilabad məktəblərində "Narkomaniyaya yox deyək!" mövzusunda seminar KEÇİRİLİB - FOTO
Hazırda oxunan: Cəlilabad məktəblərində "Narkomaniyaya yox deyək!" mövzusunda seminar KEÇİRİLİB - FOTO
Hazırda oxunan: Cəlilabad məktəblərində "Narkomaniyaya yox deyək!" mövzusunda seminar KEÇİRİLİB - FOTO
169366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.