Goranboyda QƏZA: Nənə və nəvəsi xəsarət aldı

Goranboyda QƏZA: Nənə və nəvəsi xəsarət aldı

Hazırda oxunan: Goranboyda QƏZA: Nənə və nəvəsi xəsarət aldı

169355

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan biri "VAZ" markalı olmaqla iki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Gülxar Aslanova və onun nəvəsi 2021-ci il təvəllüdlü Gülay Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO