Cari ildə işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi BAŞ VERİB

Cari ildə işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi BAŞ VERİB

Hazırda oxunan: Cari ildə işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi BAŞ VERİB

169331

“Respublika üzrə cari il ərzində 13891, o cümlədən Bakı şəhərində 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir”. 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmallədin Heydərov FHN-in yaranmasının 18-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə cari ildə görülmüş işlərin hesabatını səsləndirərkən deyib.

O bildirib ki, yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. 
Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO