Kəmaləddin Heydərov: “Azad olunmuş ərazilərdə minatəmizləyən robotlardan istifadə edilir”

Kəmaləddin Heydərov: “Azad olunmuş ərazilərdə minatəmizləyən robotlardan istifadə edilir”

Hazırda oxunan: Kəmaləddin Heydərov: “Azad olunmuş ərazilərdə minatəmizləyən robotlardan istifadə edilir”

169326

“İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirlər davam etdirilir”. 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmallədin Heydərov FHN-in yaranmasının 18-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə cari ildə görülmüş işlərin hesabatını səsləndirərkən deyib.

Nazir qeyd edib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz davam etdirilir: 

“Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. 
Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO