PFL rəhbərliyinin son vəziyyəti: Əməliyyat olunacaqlar

PFL rəhbərliyinin son vəziyyəti: Əməliyyat olunacaqlar

Hazırda oxunan: PFL rəhbərliyinin son vəziyyəti: Əməliyyat olunacaqlar

169322

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

PFL rəhbərliyinin qəzadan sonra xilasedilmə ANLARI - VİDEO 


O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:

“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. 

E. Səmədovla A. Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq.

Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. 

Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO