Həkimdən XƏBƏRDARLIQ: “Yeni ildə uşaqlara bu hədiyyələri ALMAYIN”

Həkimdən XƏBƏRDARLIQ: “Yeni ildə uşaqlara bu hədiyyələri ALMAYIN”

Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ: “Yeni ildə uşaqlara bu hədiyyələri ALMAYIN”

169275

“Yeni ildə bir uşaq üçün ən təhlükəli hədiyyə kiçik maqnit toplarından hazırlanmış konstruksiya dəstidir. Çünki onlar udulursa, uşağın sağlamlığı və hətta həyatı üçün ciddi risk var”. 

Bizim.Media xəbər verir ki, bu barədə pediatr Olqa Tatarkina “İzvestiya”ya müsahibəsində bildirib.

“İlk baxışda maqnit toplarından hazırlanmış konstruksiya dəsti uşağın inkişafı üçün faydalı oyuncaq kimi görünür. Ancaq azyaşlılarda yeyilməz şeyləri belə dadmaq istəyi var. Belə bir maqnit topunu udmağın nəticələrini aradan qaldırmaq kifayət qədər sadə bir işdir. Amma iki və ya daha çox top udulursa, onları çıxarmaq çətindir və uşağın həyatı üçün təhlükə dəfələrlə artır”, - deyə Tatarkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, buna səbəb maqnit toplarının cəlbedici qüvvəsinin kifayət qədər güclü olmasıdır. Mədəyə, sonra bağırsaqlara daxil olub müxtəlif sürətlə oradan keçən maqnitlər bir-birini çəkir, nəticədə bağırsaqların və mədənin divarları deşiklər əmələ gələnə qədər zədələnir.
Tatarkinanın sözlərinə görə, ən təhlükəli hədiyyələr siyahısında ikinci yeri uçan oyuncaqlar (uçan pərilər, helikopterlər və s.) tutur. Həkim bildirib ki, azyaşlılar həmin oyuncaqlar səbəbindən zədələr ala bilərlər. Tatarkina əlavə edib ki, oyuncaq silahlar da uşaqların sağlamlığına ciddi təhlükə yaradır. 

 “Uşaq üçün hədiyyə seçmək çox sadə və eyni zamanda çətin bir işdir, çünki təkcə inkişaf keyfiyyətlərini deyil, həm də təhlükəsizliyi nəzərə almaq lazımdır. Oyuncaq seçərkən uşağın təhlükəsizliyi prioritet olmalıdır”, - deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO