Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən telefon oğurlanıb.
Bizim.Media xəbər verir ki, hadisə Ənvər Qasımzadə küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.
İddiaya görə, özünü müştəri kimi təqdim edən qadın əvvəlcə “almaq istədiyi” məhsulu hədiyyə qutusunda hazırlatdırıb. Daha sonra pulunun maşında olduğunu deyərək məhsulu almadan oradan uzaqlaşıb. Mağazanı tərk etməzdən əvvəl isə çantasına özünə məxsus olmayan telefonu da qoyub.
Zərərçəkən məsələ ilə bağlı Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verdiyini bildirib. O, vurğulayıb ki, telefonun qiyməti 400 manat dəyərindədir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardılar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media