Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsi ilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha 2 nəfər müəyyən olunaraq saxlanılıb.
Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.
Bizim.Media