Gənclərin elektron siqaretə marağı niyə ARTIB? – SƏBƏBLƏR 

Gənclərin elektron siqaretə marağı niyə ARTIB? – SƏBƏBLƏR 

Hazırda oxunan: Gənclərin elektron siqaretə marağı niyə ARTIB? – SƏBƏBLƏR 

169206

Son zamanlar dünyada elektron siqaretlərin istifadəsi artıb. Ölkəmizdə də buna marağın artdığı məlumdur. Küçədə gənclərin əlində tez-tez gördüyümüzə və ya yeriyərkən arxalarında qalan qatı tüstünün ətrinə əsasən bunu deyə bilərik. Əvvəl mağazaların piştaxtalarında çox az yer tutan elektron siqaretlərə indi geniş yer verilib. 

Onlayn satışda da yerini möhkəmlədən elektron siqaretlərin əsasən ənənəvi siqareti tərgitmək üçün işə yaradığı deyilir.

Bu siqaretlərin qiyməti ənənəvi siqaretdən xeyli bahadır. Ən ucuzunun qiyməti 15 manatdır, üstəlik elektron siqaretlərin bəzisinin enerji yığmasına ehtiyac var.

Araşdırmalara görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var. Onlara propilen, qlikol, qliserin, etilen spirti, qurşun, nikotin və digər maddələr daxildir.

Bəziləri siqaretdən fərqli olaraq elektron siqaretlərin tərkibində nikotinin az olduğunu deyərək o qədər də zərərli olmadığı qənaətindədirlər. Bəzi ölkələr isə bu siqaretlərin idxalına və istehsalına qadağa tətbiq edib. Qazaxıstan, Ukrayna, Türkiyə və Avstraliya bununla bağlı qadağalar tətbiq edən, tədbir görən ölkələr siyahısındadırlar.

Bu ziddiyətlər elektron siqaretlərin zərəri və siqaretdən canını qurtarmağa çalışanlara yardımçı ola bilib bilməyəcəyini gündəmə gətirir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov elektron siqaretlərin siqareti tərgitmək üçün istehsal olunduğunu deyib:

“Elektron siqaretlər ilk dəfə istehsal olunanda onun təyinatı adi siqaretləri tərgitmək üzrə idi. Çünki elektron siqaretlərin tərkibində nikotin olmur. İnsanlar siqaret çəkəndə çox vaxt ağzından çıxan tüstüyə  aludə olurlar. Bunlar da həmin elektron siqareti istehsal edirlər ki, orada nikotin olmasın və insan da bunu bir qədər çəksin. Siqaretin insan bədənində yaratdığı reseptorlar hər gün ondan nikotin tələb edir. Nikotin olmayanda reseptorlar azalmağa və tədricən yox olmağa başlayır. İnsan da artıq siqareti çəkmək istəmir. Əslində bu məqsədlə istehsal olunmuş siqaretlərdir. Ucuz qiymətə yox, çox baha qiymətə satılır”.

Həkim hesab edir ki, bu siqaretlər adi siqaretlərdən daha zərərli deyillər:

“Əslində bu, Avropa ölkələrində istehsal olunur. İnanmıram ki, Avropa ölkələrində istehsal olunan belə bir şey çox zərərli olsun. İstənilən məhsul istehsala buraxılmadan öncə illərlə sınaqdan keçirilir. 

Bir dərman preparatını buraxmaqdan ötrü ən azı 10 il ərzində orqanizmə hər hansı fəsad verib vermədiyini öyrənirlər. Görəndə ki, ciddi fəsadı yoxdur, əksinə insana kömək olur, o zaman onu buraxırlar. Bu da siqaret kimi zərərli maddənin orqanizmdən təmzilənməsi, çıxması üçün istifadə olunan bir şeydir. 

İstehsal olunandan bu günə qədər mən hələ hər hansı o siqaretlərin tüstüsünün və özünün orqanizmdə hansısa ciddi narahatlıq yaratdığını oxumamışam. Siqaret kimi zərərəli maddənin tərgidilməsinə kömək edirsə, çox xeyirlidir. Düşünüldüyü qədər zərərli olsaydı, istehsalını dayandırardılar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO