BİZİM TƏQVİM: 16 dekabrda baş vermis tarixi hadisələr

BİZİM TƏQVİM: 16 dekabrda baş vermis tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 16 dekabrda baş vermis tarixi hadisələr

169193

16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə bağlı qərar qəbul edilib.

Bəs, 16 dekabrda daha hansı hadisələr yaşanıb?

1.16 dekabr 1991-ci ildə Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb.

2. 16 dekabr 1631-ci il tarixdə Avropada dəhşət yaşanıb. Belə ki, qitənin ən aktiv vulkanı Vezuvi püskürüb. Nəticədə, təxminən 4 min adam həyatını itirib.

3. 16 dekabr 1727-ci ildə Osmanlı impartorluğunda İbrahim Müteferrika tərəfindən ilk türkcə kitab olan "Vankulu lüğəti" basıldı.

4. İtaliyanın məşhur futbol komandası “Milan” məhz bu gün - 16 dekabr 1899-cu ildə yaradılıb.

5. NASA Exploler-16 peykini kosmosa göndərib. 1962-cı ilin 16 dekabrında kosmosa göndərilən peykin əsas məqsədi mikrometroidləri öyrənmək idi.

6. 16 dekabr 1978-ci ildə ABŞ-la ÇXR arasında ilk diplomatik əlaqə qurulur.

7. 16 dekabr 1920-ci ildə dünyanın ən dəhşətli zəlzələrindən biri olub. Çinin Qansu vilayətində olan zəlzələdə 200 min insan həyatını itirib.

11. 1967-ci ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri DNT zəncirini açıqlayıb təhlil etdilər.

12. Bu gün Qazaxıstan dövləti və xalqının milli bayramıdır. Keçmiş SSRİ-dən 1991-ci ildə ayrılan bu respublikanın istiqlaliyyəti dekabrın 16-da bəyan edilib.  

13. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə hər il 16 dekabr Azərbaycan Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı kimi qeyd edilir.

Dekabrın 16-da bu şəxsiyyətlər xatırlanır:

1. 16 dekabr 2011-ci ildə SSRİ Xalq artisdi Firəngiz Əhmədova dünyasını dəyişib. Firəngiz Əhmədova XX əsr Azərbaycan vokal sənətinin ən tanınmış simalarından biri idi.

2. Tanınmış Azərbaycan boyakarı, Xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ilin 16 dekabrında anadan olub. Yaradcılığının erkən dövründə “Molla Nəsrəddin” jurnalı və “Gənc işçi” qəzeti üçün karikaturalar çəkib. Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar dahi şairin portretini yaradıb, “Xosrov və Şirin” poemasına illüstrasiyalar çəkib. Qəzənfər Xalıqov teatr və kino rəssamlığı sahəsində də fəaliyyət göstərib. (1898-1981)

3. 16 dekabr 1927-ci ildə tarixçi alim, akademik Cəmil Quliyev (1927 – 27.12.2010) dünyaya gəlib. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.

4. 16 dekabr 1934-cü ildə görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Tofiq Bayram anadan olub (1934-1991).

5. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci ilin bu günündə dünyaya gəlib. Uzun illər “Molodyoj Azerbaydjana” qəzetində çalışan jurnalist 1991-ci ildə Qarabağ münaqişəsilə əlaqədar yazılar hazırlamaq üçün Laçından Şuşaya gedərkən silahlı erməni ekstremistləri tərəfindən qətlə yetirilib. Xalq şairi Nəbi Xəzri “Salatın” rekviyem poemasını Salatın Əsgərovanın unudulmaz xatirəsinə həsr edib (1961-1991).

6. Bu gün dünya caz musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirə günüdür. O 1979-cu ilin 16 dekabrında 39 yaşında dünyasını dəyişib. (1940-1979). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olan Vaqif Mustafazadə “Leyli” adlı ilk qadın vokal kvartetinə, sonra isə “Sevil” vokal-instrumental ansamblına rəhbərlik edib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO