Qohumunu

Qohumunu "köməyə" çağıraraq işlədiyi şirkəti soydu – FOTO  

Hazırda oxunan: Qohumunu "köməyə" çağıraraq işlədiyi şirkəti soydu – FOTO  

169190

Ağsuda şirkətdən oğurluq edən qohumlar tutulub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. 

Qeyd edilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona kömək etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib. Oğurladıqları kondisionerlərdən ikisi F.Mütəllimzadənin yaşadığı evdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb, birini isə Şamaxı rayonuna apararaq orada satdıqları müəyyən edilib. 
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO