Bakı küçələrində yenidən TRAMVAYLAR OLACAQ – Bəs, tıxaclar AZALACAQMI?

Bakı küçələrində yenidən TRAMVAYLAR OLACAQ – Bəs, tıxaclar AZALACAQMI?

Hazırda oxunan: Bakı küçələrində yenidən TRAMVAYLAR OLACAQ – Bəs, tıxaclar AZALACAQMI?

169176

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı şəhərində tramvaylar, 1924-2004-cü illər arasında, yəni 80 il ərzində mövcud olub. Bu müddət ərzində Bakıda bir tramvay parkı, 6 marşurut xətti yaradılıb. 1941-ci ildən şəhərdə hətta troleybus xətləri də salınıb. 

2004-cü ildə Bakıda tramvay xətlərinin uzunluğu 1524 km. olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tramvay xətləri çəkiləcək - VİDEO 


Görəsən, bu nəqliyyat növünün bərpası paytaxta hansı üstünlükləri gətirəcək?

Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, tramvay xətlərinin bərpası paytaxtdakı tıxac probleminin həllinə müəyyən dərəcədə müsbət təsir göstərəcək:

“Sözsüz ki, bu paytaxtın bütün küçə və prospektlərində reallaşdıracaq layihə olmayacaq. Çünki vaxtilə tramvay xətlərinin mövcud olduğu küçə və prospektlər indi elə bir vəziyyətə salınıb ki, orada həmin xətlərin bərpası nəqliyyatın hərəkəti üçün probem yarada bilər. Həmin yollarda çoxsaylı binalar tikilib, yollar daraldılıb. Amma bəzi yollarda tramvay xətlərinin çəkilişi mümkündür. Bu Bakının Baş planında nəzərdə tutulub. 2040-cı ilə qədər layihənin icrası nəzərdə tutulur. 

İctimai nəqliyyatın çoxşaxəli olması vacibdir. 

Bunun üstünlükləri çoxdur. Vətəndaşa seçim imkanı, alternativ variantlar verilməlidir. Bu baxımdan da tramvayların yenidən bərpası vacibdir. İctimai nəqliyyatın inkişafı tıxacların da azalması deməkdir. Bu mənada tramvay xətlərinin bərpası tıxac məsələsini də müəyyən dərəcədə həll edəcək. Ona görə tramvay olmalı, avtobusların sayı artırılmalı, metro şəbəkəsi genişləndirilməli, qanunsuz parklanma və qanunsuz taksi fəaliyyətilə ciddi mübarizə aparılmalıdır. 

Tramvay xətləri Bakı kənd və qəsəbələrinin şəhərin mərkəzilə əlaqələndirilməsi üçün bir vasitəyə çevrilməlidir.

Xüsusən, Abşeron, Ceyranbatan, Masazır, Sulutəpə kimi ərazilərin giriş-çıxışlarında tramvay xətləri yaradılmalıdır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO