Nazir universitetlərdə vaksinasiya ilə bağlı vəziyyətdən danışdı

Nazir universitetlərdə vaksinasiya ilə bağlı vəziyyətdən danışdı

Hazırda oxunan: Nazir universitetlərdə vaksinasiya ilə bağlı vəziyyətdən danışdı

16916

31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı 


Onun sözlərinə görə, bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir:

"Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik".

"Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO