Samuxda sürücünü döyüb “Prius”unu əlindən ALDILAR - FOTO

Samuxda sürücünü döyüb “Prius”unu əlindən ALDILAR - FOTO

Hazırda oxunan: Samuxda sürücünü döyüb “Prius”unu əlindən ALDILAR - FOTO

169149

Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib. 
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO