"Laçın şəhərində 510 nəfərlik, Laçın rayonu Zabux kəndində isə 176 nəfərlik tam orta məktəb fəaliyyət göstərir".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Tərtərin Talış kəndində 144 yerlik tam orta məktəb və 78 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 7 təhsil müəssisəsində 550 şagird təhsil alır, 84 müəllim çalışır. Bu təhsil müəssisələri Şuşa, Füzuli, Zəngilan, Laçın, Tərtər rayonlarında yerləşir.
"Bütün bunlara görə şəhidlərimizə və Ali Baş Komandana təşəkkür edirik", - elm və təhsil naziri deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 15.12.2023
İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin SAYI
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin SAYI
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə təhsil alan şagirdlərin SAYI
169140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.