“BakuBus”ın kondisioneri PARTLAYIB? - RƏSMİ AÇIQLAMA 

“BakuBus”ın kondisioneri PARTLAYIB? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “BakuBus”ın kondisioneri PARTLAYIB? - RƏSMİ AÇIQLAMA 

169134

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 6 nömrəli avtobusda yanğın baş verib. Yanğına səbəb avtobusdakı kondinsionerin partlaması olduğu bildirilir. Yayılan görüntülərdə dərhal sərnişinlərin avtobusdan düşürüldüyü, hətta aralarımda halı pisləşənlərin olduğu da yer alıb.  

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “BakuBus”un mətbuat katibi Əsmər Əliyeva yanğının kondinsionerlə əlaqəli olmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

“BakuBus”ın kondisioneri partladı: Yanğın baş verdi – VİDEO 


“Bu gün saat 09:30 radələrində 6 nömrəli  marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud  avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan düşürülüb və avtobus qaraja yönləndirilib. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilib və marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO