Gəncədə ana və qızı dəm qazından zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ana və övladı qohumlarının evinə qonaq gediblər və orada vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:12 / 14.12.2023
Gəncədə ana və övladı qonaq getdikləri evdə zəhərləniblər
Hazırda oxunan: Gəncədə ana və övladı qonaq getdikləri evdə zəhərləniblər
Hazırda oxunan: Gəncədə ana və övladı qonaq getdikləri evdə zəhərləniblər
169071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.