Qubada ekoloji problemlər müzakirə olunub - FOTO

Qubada ekoloji problemlər müzakirə olunub - FOTO

Hazırda oxunan: Qubada ekoloji problemlər müzakirə olunub - FOTO

169067

Dekabrın 13-də Qubada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövsuzunda elmi konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi tədqiqat institutlarının əməkdaşları iştirak edib.


Tədbirdən  öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi liderə həsr olunmuş videoçarx izlənilib.  

Konfransda Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı çıxış ediblər.


Konfransda “İqlim dəyişmələri və kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar” və “Kənd təsərrüfatında sudan səmərəli və dayanıqlı istifadə üçün innovativ həllər” mövzularında panel müzakirələri keçirilib.

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda birgə əməkdaşlığa dair memorandum imzalanıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO