BİZİM TƏQVİM: 15 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 15 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 dekabrda baş vermiş tarixi hadisələr

169052

15 dekabr Arxiv işçilərinin peşə bayramıdır. 1920-ci ilin bu günündə Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalanıb.

Bəs, dekabrın 15-də dünyada daha nələr olub?

1. 15 dekabr 530-cu ildə İmperator Yustinianın əmrilə Roma hüquq sistemi 6-cı əsrin tələblərinə uyğunlaşdırılıb.

2. 15 dekabr 1055-cı ildə Səlcuq hökmdarı Toğrul bəy Bağdadı fəth edib.

3. 1256-cı ilin bu günündə Hülakü xan qoşunları Əlamut qalasını yerlə yeksan edib. Qala indiki İran ərazisində yerləşirdi.

5. 15 dekabr 1806-cı ildə Napoleonun ordusu Varşavanı tutub.

6. 1917-ci ilin 15 dekabrında Moldova xalq Respublikası elan edilib.

7. 15 dekabr 1989-cı ildə Rumıniyada Kommunist Partiyasının hakimiyyətinə qarşı çıxışlar başlayıb.

8. 1990-cı ilin bu günündə Qırğızıstan müstəqilliyini elan edib.

9. 15 dekabr 2000-ci ildə Çernobıl AES-in sonuncu - 3-cü blokunun işi dayandırılıb.

Bununla da, AES-in fəaliyyətinə son qoyulub Dekabrın 15-də bu şəxsiyyətlər xatırlanır:

1. 15 dekabr 1905-ci ildə rəssam, Əməkdar incəsənət xadimi Reyhan Topçubaşova (1905 - 5.3.1970) anadan olub.

2. 1907-ci il-ci ildə görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, akademik, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Həsən Əliyev dünyaya göz açıb (1907-1993).

3. 15 dekabr 1909-cu ildə Xalq rəssamı Səttar Bəhlulzadə (1909 - 14.10.1974) doğulub. 4. 15 dekabr 1910-cu ildə tanınmış geoloq, akademik Şəfayət Mehdiyevin anadan olub (1910 - 1993).

5. 15 dekabr 1910-cı ildə tarixçi alim, akademik İsmayıl Hüseynov (1910 - 8.11.1969) anadan olub.

6. 15 dekabr 1912-ci ildə Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva (1912 - 4.7.1975) anadan olub.

7. 15 dekabr 1913-cü ildə tarix elmləri doktoru, ictimai xadim Kamran Hüseynov (1913 - 20.4.2006) doğulub.

8. 15 dekabr 1924-cü ildə Xalq şairi Hüseyn Arif (1924 - 14.9.1992) anadan olub.

9. 15 dekabr 1946-cı ildə Xalq şairi, tərcüməçi Ramiz Rövşən doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO