Laçında daha 20 ailə öz yurduna qovuşdu - FOTO  

Laçında daha 20 ailə öz yurduna qovuşdu - FOTO  

Hazırda oxunan: Laçında daha 20 ailə öz yurduna qovuşdu - FOTO  

169039

Dekabrın 14-də Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri bu dəfə daha 20 ailəyə, 86 nəfərə qucaq açıb. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar. 

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. 

Bununla da Laçın şəhərində 383 ailə, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO