Jurnalist Cavanşir Həsənli Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin ailə üzvlərinin xaricdə biznesinin olduğuna dair məlumat paylaşıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “manset.az”a açıqlama verən Qurban Yetirmişli oğlunun və qızının biznesinin olduğunu etiraf edib.
“Volkswagen” mənim yoldaşımındır, “Audi” şirkəti mənimdir, “Mercedes” şirkəti qızımındır (gülür):
“Boş-boş xəbərlərdir. Daha nə şirkəti qaldı orda? Birincisi, lap açılsa da, bu, qəbahət deyil. İkincisi də elə bir şirkət yoxdur. Mənim qızım ailəsi ilə birlikdə xaricdə yaşayır. Kürəkənimin orada biznesi var. Mənim oğlumun neçə illərdir restoranı və turizm biznesi var."
"Övladlarımın ikisi də tarixçidir. Şəhərin 90%-i binaların altı restorandır. “Şah” restoranı oğlumundur. Restoranda Azərbaycanın qədim dövlətçilik tarixi, xəritələr, şahın şəkilləri və s. yerləşdirilib. Mənim oğlumun 41 yaşı var. Dünənki uşaq deyil. Nə etməlidir, evdə oturub barmağını sormalıdır? Məndən də bacarıqlıdır. Uzun müddet “Çto? Qde? Koqda?"da iştirak edib. Atəşgahın prezidenti olub, xaricdə Azərbaycanı təmsil edən tələbələri olub. Oğlumun restoranı da var, turizm şirkətləri də. Bu, qəbahət deyil”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 14.12.2023
“Mənim oğlumun biznesi də var, restoranı da” - Qurban Yetirmişli
Hazırda oxunan: “Mənim oğlumun biznesi də var, restoranı da” - Qurban Yetirmişli
Hazırda oxunan: “Mənim oğlumun biznesi də var, restoranı da” - Qurban Yetirmişli
169032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.